“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır.

Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikası iqtisadiyyatının, fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalara və dəmir yolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsindən və təkmilləşdirilməsindən, dəmir yollarında hərəkətin idarə edilməsinin təmin olunmasından, dəmir yolu nəqliyyat vasitələri parkının, maddi-texniki bazasının müasirləşdiril-məsindən və səmərəli istifadə olunmasından və bu sahədə kadr hazırlığının aparılmasından ibarətdir.

Cəmiyyətin yük daşımaları üzrə fəaliyyəti daşımaların təşkili, texniki xidmət və təmir, tariflərin müəyyən edilməsi, sərhəd əməliyyatları, təhlükəli yüklərin daşınması, ekspedisiya xidmətləri, infrastrukturun inkişafı, mühafizə və beynəlxalq əməkdaşlıq istiqamətlərini əhatə edir:

  • ●  Yüklərin vaxtında və təhlükəsiz daşınması;
  • ●  Ümumi istifadədə olan dəmir yollarında yük işinin təşkili;
  • ●  Yük daşımaları ilə bağlı xidmətlərin göstərilməsi;
  • ●  Dövlət ehtiyacları və müdafiə qabiliyyəti üçün daşımaların həyata keçirilməsi;
  • ●  Yük qatarları üçün lokomotiv dartı xidmətləri;
  • ●  Yük vaqonları və konteynerlərə texniki xidmət, təmir və istismar;
  • ●  Dalan yollarının tikintisi, birləşdirilməsi və onlarda hərəkət təhlükəsizliyi qaydalarının təmin edilməsi;
  • ●  Qatarların və yüklərin mühafizəsi;
  • ●  Yük daşımaları ilə bağlı dəmir yolu xətlərinin və tikililərin inşası, yenidən qurulması və saxlanılması;
  • ●  Təhlükəli yüklərin daşınması və onların hərəkət təhlükəsizliyi;
  • ●  Müqavilə və dövlət sifarişləri əsasında yük daşımalarının yerinə yetirilməsi;
  • ●  Nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi;
  • ●  Ümumi istifadədə olan dəmir yolu infrastrukturundan istifadə ilə bağlı xidmətlər;
  • ●  Yük qatarlarının sərhəd keçid məntəqələrində qəbulu və göndərilməsi;
  • ●  Yük daşımalarına dair tariflərin və güzəştlərin müəyyən edilməsi;
  • ●  Yük daşımaları ilə bağlı texniki avadanlıq və ehtiyat hissələrinin çatdırılması və servisi;
  • ●  Qəza-xilasetmə işlərinin təşkili (yük daşımaları daxil olmaqla);
  • ●  Lokomotiv və dəmir yolu texnikası üçün yanacaqdoldurma və yanacaq ehtiyatlarının təmin edilməsi;
  • ●  Beynəlxalq dəmir yolu təşkilatları və şirkətləri ilə yük sahəsində əməkdaşlıq;
  • ●  Yük daşımaları ilə bağlı malların və xidmətlərin satın alınması.

25 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili haqqında Fərman imzalayıb.

Fərmana əsasən, dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etmək məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil edilib.