Tez-tez verilən suallar

Tez-tez verilən suallara burada cavab tapa bilərsiniz. Əlavə suallarınız olarsa, əlaqə bölməsindən bizimlə əlaqə saxlaya bilərsiniz.

    • Dəmir yolu nəqliyyatı: Dəmir yolu marşrutları Azərbaycanı qonşu ölkələr və daha geniş regionlarla birləşdirir, həm regional, həm də beynəlxalq yük daşımalarını təmin edir.
    • Avtomobil nəqliyyatı: Müasir standartlara cavab verən yol şəbəkəsi yüklərin yük maşınları ilə Azərbaycanın əsas tranzit nöqtələrinə və onlardan daşınmasını mümkün edir.
    • Dəniz nəqliyyatı: Böyük həcmli yüklərin aşırılması və saxlanılması üçün lazimi infrastrukturlara, əsas magistral və dəmir yoluna çıxışa malik Ələt limanı və digər limanlar dəniz yükdaşımaları üçün əsas mərkəzlərdir və beynəlxalq dəniz yollarına çıxış təmin edir.
    • Hava nəqliyyatı: Sürətli çatdırılma tələb edən yüklər üçün hava yükdaşıma xidmətləri mövcuddur və əsas hava limanlarından 100-ə yaxın istiqamətə sürətli yükdaşıma xidməti təklif olunur.
  • Bəli, Azərbaycanda tranzit yüklər üçün gömrük prosedurları sadələşdirilmişdir, lakin milli və beynəlxalq qaydalara uyğunluq tələb olunur. 

    • Dövlət Gömrük Komitəsi tranzit yüklərin effektiv rəsmiləşdirilməsinə nəzarət edir.  
    • Daha sürətli proses üçün "vahid pəncərə sistemi" və elektron gömrük platformaları tətbiq edilir. 
    • Tranzit yüklərin daşınması zamanı TIR və CMR kimi beynəlxalq konvensiyalarla müəyyən edilmiş qaydalar tətbiq olunur.

    Prosedurlar  menyusu vasitəsilə tələb olunan sənəd siyahısı, icazələr və ümumi proseslə tanış ola bilərsiniz.

  • Azərbaycan tərəfindən tranzit yükdaşımalar və gömrük sahəsində rəqəmsal həllər təklif olunur:

    • Elektron Gömrük: Gömrük prosedurlarının sürətli və şəffaf həyata keçirilməsinə, yüklərin real vaxt rejimində izlənilməsinə imkan verir.
    • e-TIR Sistemi: Tranzit yüklərin rəqəmsal idarə olunmasını, gömrük orqanları arasında məlumatların təhlükəsiz və real vaxt rejimində mübadiləsini təmin edir.
    • Avtomatlaşdırılmış Rəsmiləşdirmə Sistemləri: Əsas limanlar və sərhəd keçid məntəqələrində tətbiq edilir.
    • İnteqrasiya olunmuş Logistika Platformaları: Multimodal yükdaşımalar zamanı yüklərin izlənilməsini təmin edir.
  • Koordinasiya Şurası Ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə daşınan tranzit yüklərin Azərbaycan Respublikasının dövlət sərhədindən (sərhəd və gömrük nəzarətindən) keçməsi prosedurlarının asanlaşdırılması, şəffaflaşdırılması və elektronlaşdırılması məqsədi ilə bu sahədə tranzit yükdaşıma fəaliyyətini müvafiq dövlət orqanları ilə əlaqələndirir, tranzit yükdaşımalar sahəsində nəqliyyat müəssisələrinin, daşıyıcıların, ekspeditorların və operatorların qarşılıqlı fəaliyyəti üçün vahid prinsiplərin və şərtlərin müəyyən olunması ilə bağlı təkliflər hazırlayır, tranzit imkanlarının artırılması və yeni imkanların yaradılması məqsədi ilə təhlillər aparır, tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunması, yeni tranzit imkanlarının yaradılması və tranzit yükdaşımaların inkişafına maneələrin aradan qaldırılması məqsədi ilə dövlət orqan və təşkilatları, hüquqi və fiziki şəxslər, habelə xarici dövlətlərin müvafiq qurumları və tranzit təşkilatlar ilə əməkdaşlıq edir.

  • Bizimlə əlaqə yaratmaq üçün info@transit.gov.az, secreatary@transit.gov.az elektron poçt ünvanlarımıza yaza və ya Əlaqə menyusunda Bizə yazın bölməsi vasitəsilə görüş üçün müraciət edə bilərsiniz.