Katiblik

Koordinasiya Şurasının Katibliyi 

 

Koordinasiya Şurasının fəaliyyətinin təşkili ilə bağlı işləri Koordinasiya Şurasının Katibliyi (bundan sonra – Katiblik) həyata keçirir. Katibliyin tərkibinin formalaşdırılmasını və fəaliyyətinin təşkil edilməsini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir.

Koordinasiya Şurasının katibliyi tranzit yükdaşımaları sahəsində müvafiq fəaliyyətləri həyata keçirən və Şuranın missiyasını dəstəkləyən təşkilati bir qurumdur. Katibliyin əsas vəzifələri aşağıdakılardır:

    • ●  Tranzit yükdaşımaları ilə bağlı bütün fəaliyyətlərin koordinasiyasını təmin etmək, üzvlər arasında məlumat mübadiləsini təşkil etmək;
    • ●  Tranzit yükdaşımalarının səmərəliliyini artırmaq üçün müvafiq tədqiqatlar aparmaq, analizlər hazırlamaq və strateji təkliflər vermək;
    • ●  Hüquqi aktların hazırlanmasına və tətbiqinə dəstək vermək, hüquqi məsələlərin həllinə kömək etmək;
    • ●  İctimaiyyətə, təşkilatlara və iştirakçılara tranzit yükdaşımaları ilə bağlı məlumatların çatdırılmasını təmin etmək, rəsmi internet saytını idarə etmək;
    • ●  Konfranslar, seminarlar və digər tədbirlərdə iştirak edərək tranzit yükdaşımaları sahəsində maarifləndirməni artırmaq;
    • ●  Dövlət orqanları, yerli və beynəlxalq təşkilatlarla, özəl qurumlarla əməkdaşlığı inkişaf etdirmək;
    • ●  Tarif güzəştlərinin və digər imkanların hazırlanması üçün təkliflər vermək.

Katibliyin fəaliyyətləri Azərbaycanın tranzit yükdaşımaları sahəsindəki potensialını artırmağa və beynəlxalq logistika mühitində ölkənin rolunu gücləndirməyə yönəldilmişdir.