1997-ci il 10 yanvar tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi”nin tətbiqi haqqında” 1996-cı il 14 oktyabr tarixli 141 nömrəli qərarına uyğun olaraq Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə təsdiq edilmişdir. Əsasnamə Azərbaycan Respublikası ərazisində avtonəqliyyat vasitələrinin sahibləri üçün icazə sisteminin tələbləri nəzərə alınmaqla, beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsinin ümumi qayda və şərtlərini müəyyən edir.
Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri ilə həyata keçirilən beynəlxalq avtomobil daşımalarının tənzimlənməsini və nəzarəti Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.
Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçən yük avtomobilləri istisna olunmaqla, xarici dövlətlərdə qeydiyyatda olan yük avtonəqliyyat vasitələrinin respublika ərazisinə yüksüz daxil olmasına, daxili yük və sərnişin daşımalarına və yüklənmə haqqında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilən “İcazə" blankı” olmadıqda yolüstü yüklənməsinə icazə verilmir.
“İcazə” blankı” növündən (ölkəyə gəlmək haqqında icazə, yüklərin yüklənməsinə icazə, üçüncü ölkəyə tranzit gediş üçün icazə) asılı olmayaraq, yükdaşımaları ilə məşğul olan avtonəqliyyat vasitələrinin sahiblərinə Azərbaycan Respublikasının ərazisinə maneəsiz daxil olmaq, yüklənmə aparmaq, ikitərəfli və ya tranzitlə hərəkət etmək hüququ, dövlət sərhədini keçmək haqqında tərəflərin qarşılıqlı razılaşması ilə müəyyən edilmiş digər şərtlər gözlənildiyi halda verilir.
“İcazə” blanklarının (jurnallarının) verilməsinə görə ödənilən haqqın məbləği:
İcazə” blanklarının (jurnallarının) verilməsinə görə ödənilən haqqın məbləği
|
Sıra №-si |
“İcazə” blanklarının adı |
Xidmət haqqı (manatla) |
|
1. |
İkitərəfli yük daşımaları üçün “İcazə” blankı |
40 |
|
2. |
İkitərəfli və tranzit yük daşımaları üçün “İcazə” blankı |
40 |
|
3. |
Tranzit yük daşımaları üçün “İcazə” blankı |
40 |
|
4. |
Üçüncü ölkəyə/ölkədən yük daşımaları üçün “İcazə” blankı |
40 |
|
5. |
İkitərəfli, tranzit və üçüncü ölkəyə/ölkədən yük daşımaları üçün “İcazə” blankı |
40 |
|
6. |
Beynəlxalq qeyri-müntəzəm sərnişin daşımaları üçün “İcazə” blankı |
40 |
|
7. |
Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli illik “İcazə” blankı (jurnalları) |
500 |
|
8. |
Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli qısamüddətli (aylıq) “İcazə” blanklı (jurnalı) |
150 |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması, eləcə də bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində görülən tədbirlər çərçivəsində “İcazə” blanklarının sifarişi prosesinin sadələşdirilməsi məqsədilə elektron xidmət istifadəyə verilib: https://e-xidmet.ayna.gov.az/
Qanunvericiliklə tanış olmaq üçün keçid edə bilərsiniz: