Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 655 nömrəli Fərmanı ilə dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınması sahəsində sərhədkeçmə prosedurlarının və daşıma proseslərinin asanlaşdırılması, habelə bu sahədə fəaliyyət göstərən dövlət qurumları arasında əlaqələndirmə işlərinin təmin edilməsi məqsədi ilə yaradılmışdır.
Dəmir yolu, avtomobil, dəniz və hava nəqliyyatının inteqrasiyası yüklərin sərhədlər və bölgələr arasında sürətli hərəkətini təmin edən vahid multimodal şəbəkə yaradır. Tranzit yüklərin daşınmasında multimodal daşımalar yalnız xərcləri və daşınma vaxtını azaltmır, həm də təchizat zəncirinin dayanıqlığını artırır və qlobal və regional ticarət şəbəkələrinin əsas elementi kimi çıxış edir.
Azərbaycan strateji nəqliyyat qovşağı kimi beynəlxalq dəhlizlər vasitəsilə Asiya və Avropa arasında yük axınını təmin edir. Beynəlxalq ticarətdə mövqeyini gücləndirir. Bu marşrutlar Azərbaycanın tranzit potensialını artıraraq ölkəni beynəlxalq logistika mərkəzinə çevirir.
Azərbaycanın tranzit və gömrük sistemləri hüquqi tənzimləmələr və rəqəmsal həllərlə sadələşdirilir. Rəsmi sənədlər və icazə mexanizmləri beynəlxalq yükdaşımaların qanuni əsaslarını təmin edir, liman prosedurları yük axınının səmərəli idarə olunmasına şərait yaradır. Eyni zamanda, beynəlxalq konvensiyalara uyğunlaşma Azərbaycanın qlobal nəqliyyat şəbəkəsinə inteqrasiyasını gücləndirir və ticarət əlaqələrini asanlaşdırır.
Bu bölmədə nəqliyyat və logistika sahəsində analitik məlumatlar: rüblük və illik hesabatlar vasitəsilə yük axınları, tranzit həcmləri və digər göstəricilər üzrə dövri təhlillər, tədqiqat və təhlil bölməsində sektorun inkişaf dinamikası, trendlər və strateji analizlər yer alır. Beynəlxalq hesabatlar isə qlobal nəqliyyat bazarına dair müqayisəli məlumatlar təqdim edərək Azərbaycanın bu sahədəki mövqeyini qiymətləndirməyə imkan yaradır.
Bu bölmədə tranzit xəbərləri, hökumət siyasəti, media materialları və nəqliyyat bülletenləri haqqında məlumat təqdim edilir, tranzit əməliyyatlarının idarə olunması ilə bağlı vacib məqamları (tariflər, rəqəmsallaşma, qaydalara dair) əhatə edir.
Bu bölməsi vasitəsilə bizimlə birbaşa əlaqə saxlaya, sualınız varsa və ya rəy bildirə, görüş təşkil edə bilərsiniz. Bilik Bazası (FAQ) bölməsində ümumi suallara cavablar tapa bilərsiniz, ya da Bizə yazın hissəsindən istifadə edərək bizə mesaj göndərə bilərsiniz. Biz həmişə kömək etməyə hazırıq!