Ələt Azad İqtisadi Zonası

Ələt Azad İqtisadi Zonası

ƏLƏT AZAD İQTİSADİ ZONASI

Ələt Azad İqtisadi Zonası Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış və azad ticarət imkanları təklif edən xüsusi iqtisadi zonadır. 2020-ci ildə Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yaradılmış Ələt Azad İqtisadi Zonasının təsis edilməsi Azərbaycanın Avropa-Asiya logistika zəncirlərindəki strateji mövqeyini gücləndirir.

18 may 2018-ci il tarixdə isə “Ələt Azad İqtisadi Zonası haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. Bu Qanun Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir. Təsdiq edilmiş Ələt Azad İqtisadi Zonasının Baş Planı 719 hektar ərazini əhatə edir və üç ayrı zonaya bölünür. Ümumilikdə, hökumət tərəfindən Ələt Azad İqtisadi Zonasına 5032 hektar ərazi ayrılıb, əlavə olaraq gələcəkdə genişlənməsi üçün 3000 hektar ərazi ehtiyat saxlanılıb.

Ələt Azad İqtisadi Zonasının yaradılmasının əsas məqsədləri əlavə dəyər yaradan və ixraca yönəlmiş istehsalı təşviq etmək, müasir texnologiyalardan istifadə edən investorları cəlb etmək, milli iqtisadiyyatın dayanıqlı inkişafını dəstəkləmək və ölkə daxilində məşğulluq imkanlarını artırmaqdır. Beynəlxalq tranzit yükdaşımalarda mühüm rolundan əlavə, bu zona Azərbaycanın regional ticarət mərkəzi kimi potensialını artırır, yerli istehsalı təşviq edir və “Made in Azerbaijan” markası altında məhsulların qlobal tanınmasını imkanlarını artırır.

Bu iqtisadi zonada investorlar üçün aşağıdakı fiskal və qeyri-fiskal imtiyazlar tətbiq edilir:

Ətraflı məlumat üçün keçid edə bilərsiniz: https://afez.az/