Missiyamız və vizyonumuz

 

Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası haqqında Əsasnamə üzrə Koordinasiya Şurasının vəzifələri aşağıdakılardır:

    • ●  ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımaların bütün iştirakçılarının qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsini təmin etmək;
    • ●  ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımaların ahəngdarlığının, səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi üçün tədbirlər görmək;
    • ●  ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşıma müddətlərinin azaldılması, yükdaşımalar üzrə daşıma qaydalarının, şərtlərinin və prosedurlarının şəffaflaşdırılması, asanlaşdırılması və sadələşdirilməsi üzrə təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
    • ●  ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşıma müqavilələrinin bağlanması prosedurlarının şəffaflaşdırılması, asanlaşdırılması, elektronlaşdırılması və bu sahədə “bir pəncərə” prinsipinin tətbiq edilməsini təmin etmək;
    • ●  dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə daşınan tranzit yüklərin Azərbaycan Respublikasının dövlət sərhədindən (sərhəd və gömrük nəzarətindən) keçməsi prosedurlarının asanlaşdırılması, şəffaflaşdırılması və elektronlaşdırılması məqsədi ilə bu sahədə tranzit yükdaşıma fəaliyyətini müvafiq dövlət orqanları ilə əlaqələndirmək;
    • ●  ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımalar sahəsində nəqliyyat müəssisələrinin, daşıyıcıların, ekspeditorların və operatorların qarşılıqlı fəaliyyəti üçün vahid prinsiplərin və şərtlərin müəyyən olunması ilə bağlı təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
    • ●  ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımalar sahəsində nəqliyyat infrastrukturunun inkişafı, daşıma proseslərini idarəetmə sistemlərinin təkmilləşdirilməsi və səmərəliliyin artırılması istiqamətində təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
    • ●  tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunması və yeni tranzit imkanlarının yaradılması məqsədi ilə təhlillər aparmaq, proqramlar hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
    • ●  ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımaların inkişafına maneələrin aradan qaldırılması ilə bağlı təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
    • ●  Əsasnamə ilə müəyyən edilmiş vəzifələrinə uyğun istiqamətlərdə hüquqi aktların layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək, digər orqanlar tərəfindən hazırlanmış belə layihələrə dair rəy və təkliflər vermək;
    • ●  ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımalar sahəsində mövcud infrastruktur obyektlərinin potensialından maksimum istifadə edilməsi ilə bağlı təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
    • ●  tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunması, yeni tranzit imkanlarının yaradılması və tranzit yükdaşımaların inkişafına maneələrin aradan qaldırılması məqsədi ilə dövlət orqan və təşkilatları, hüquqi və fiziki şəxslər, habelə xarici dövlətlərin müvafiq qurumları və tranzit təşkilatlar ilə əməkdaşlıq etmək;
    • ●  Koordinasiya Şurasının qəbul etdiyi qərarların tətbiqinə dövlət nəzarətini həyata keçirmək, yol verilən nöqsanlarla bağlı qanunla müəyyən edilmiş məsuliyyət tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə müraciət etmək;
    • ●  Koordinasiya Şurasının qəbul etdiyi qərarlarla bağlı şərh vermək;
    • ●  haqsız rəqabətə şərait yaratmadan ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə həyata keçirilən tranzit yükdaşımalar sahəsində tariflər (qiymətlər) üzrə güzəştlərin müəyyən edilməsi qaydasına dair təkliflər vermək;
    • ●  dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yükdaşıma iştirakçılarının müraciətlərinə baxmaq, onların hüquqlarının müdafiəsi məqsədi ilə tədbirlər görmək, mübahisəli məsələlərin həlli ilə bağlı qərarlar qəbul etmək;
    • ●  öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet saytının yaradılmasını, siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan informasiyanın həmin saytda yerləşdirilməsini və informasiyanın daim yenilənməsini təmin etmək;
    • ●  ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərini təşviq etmək.

 

Koordinasiya Şurasının vizyonu Azərbaycanı tranzit yükdaşımaları sahəsində regional və beynəlxalq səviyyədə etibarlı və rəqabətqabiliyyətli bir mərkəz halına gətirməkdir. Ölkəmizdən keçən tranzit dəhlizlərinin inkişafını, yeni imkanların yaradılmasını və iştirakçıların hüquqlarının müdafiəsini gücləndirərək ölkənin iqtisadiyyatına və ticarət mühitinə müsbət təsir göstərməyi planlaşdırır, bu məqsədlə innovativ həllərin tətbiqi, rəqəmsallaşma və müasir idarəetmə sistemlərinin inkişafı yolu ilə səmərəliliyin artırılması istiqamətində strateji addımlar atmağı qarşısına məqsəd qoyur.