Gömrük Anbarları

Gömrük Anbarları

GÖMRÜK ANBARLARI

Şəxslərə məxsus olan müvəqqəti saxlanc və gömrük anbarlarında yerləşdirilən mallar üzərində gömrük nəzarəti tədbirlərinin həyata keçirilməsi məqsədilə anbarlar gömrük orqanı tərəfindən reyestrə daxil edilir və mallarla əlaqədar uçot məlumatlarının mübadiləsi aparılır.

Müvəqqəti saxlanc və gömrük anbarlarının reyestrə daxil edilməsinə dair elektron ərizə formasının təqdim edilməsi Qaydaları: https://customs.gov.az/uploads/pdfcontent/rules.pdf

Müvəqqəti saxlanc və gömrük anbarlarının reyestrə daxil edilməsinə dair elektron müraciət forması: https://e.customs.gov.az/

Zəhmət olmasa, müvəqqəti saxlanc və gömrük anbarlarının reyestrə daxil edilməsinə dair elektron müraciət formasını doldurmamışdan öncə “Müvəqqəti saxlanc anbarlarının və gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair Tələblər” və “Gömrük nəzarəti zonalarının yaradılması və nişanlaması Qaydaları” ilə tanış olun.

Müvəqqəti saxlanc anbarlarının və gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair TƏLƏBLƏR: https://e-qanun.az/framework/25743

Gömrük nəzarəti zonalarının yaradılması və nişanlaması QAYDALARI: https://e-qanun.az/framework/28574

Müvəqqəti saxlanc və gömrük anbarlarının reyestrə daxil edilməsi prosesi:

  1. Şəxslər elektron qaydada Dövlət Gömrük Komitəsinə müraciət edir;
  2. Dövlət Gömrük Komitəsi ərizəyə onun daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və anbarların reyestrə daxil edilməsi barədə qərar qəbul edir;
  3. Dövlət Gömrük Komitəsi müraciətə dair qəbul edilmiş qərar barədə şəxsi məlumatlandırır.

 

Yaranmış suallarla bağlı Dövlət Gömrük Komitəsi ilə əlaqə saxlaya bilərsiniz:

Tel: (+994) 12 4042200 (daxili: 0468, 0469, 0473)

 

MÜVƏQQƏTİ SAXLANC YERLƏRİ