Orta Dəhliz 2025-ci ildə Çindən Azərbaycan üzərindən ayda 50 blok qatar daşıyacaq
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov "Report"a açıqlamasında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə dəmir yolu ilə yükdaşımaları intensivləşdirəcək. O qeyd edib ki, BTQ bir ilə yaxındır ki, fəaliyyət göstərmir: "Gələn ildən bu dəmir yolu xətti ilə daha intensiv yükdaşımaları həyata keçiriləcək. Artıq BTQ ilə Çindən yüklərin daşınması ilə bağlı razılıq əldə olunub". E.Rüstəmov əlavə edib ki, avqustun 13-də “Azərbaycan Dəmir Yolları” QSC “Gürcüstan Dəmir Yolları” SC ilə birgə “BTKİ Dəmir Yolları” MMC adlı müştərək müəssisə yaradıb: "Müəssisə yaxın vaxtlarda fəaliyyətə başlayacaq. Bundan əlavə, infrastrukturun fəaliyyətini və idarə olunmasını təmin etməklə Marabda-Kartsaxi hissəsində, BTKİ Dəmir Yolları yük daşımalarının səmərəli təşkili və yeni yüklərin cəlb edilməsi üçün birgə səylər göstərəcək Azərbaycan və Gürcüstanın bu müştərək müəssisə vasitəsilə əməkdaşlığı da regional nəqliyyat əlaqələrinin və Orta Dəhliz potensialının gücləndirilməsinə yönəldiləcək”. E.Rüstəmovun sözlərinə görə, Çin Orta Dəhliz üzrə göndərilən yüklərin həcmini artırmaq istəyir: "Çindən göndərilən blok qatarların sayı gözləntilərimizi üstələyir. Bu il dəhlizdən 190 blok qatarı keçib və ilin sonuna 250-dən çox blok qatarın göndərilməsi nəzərdə tutulur, gələn il dəhliz boyunca şərq Çindən malların daşınması planlaşdırılır Orta dəhliz artıq başlayıb”.