Bakı-Tbilisi-Qars dəmir yolunun "Doqquz qardaş" stansiyası
Bu gün Gürcüstanda Bakı-Tbilisi-Qars dəmir yolunun “Doqquz qardaş” stansiyasında yeni dartma yarımstansiyası sınaqdan keçiriləcək. Bu işi Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsi çərçivəsində subpodratçı qismində çıxış edən ATEF Şirkətlər Qrupu (Azərbaycan) həyata keçirir. Bu barədə “APA-Economics”ə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.
Maraqlıdır ki, bu dartma yarımstansiyası Gürcüstan tərəfdən Marabda-Karstaxi hissəsində dəmir yolunun tikintisinin ilkin mərhələsini elektrik enerjisi ilə təmin edəcək.
Layihə çərçivəsində yarımstansiyada yenidənqurma işləri aparılıb, yeni transformatorlar və müasir avadanlıqlar quraşdırılıb. Sınaqlar bu dəmir yolu hissəsinin yenidən qurulmasından sonra aparılacaq.